UEFA Avropa Liqasında pley-offun cütləri bəlli oldu - FOTO
3551
07 Nov 2022 | 16:21

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli oldu - FOTO

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
 
Moderator.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütləri müəyyənləşib.
 
UEFA Avropa Liqası
 
Pley-off mərhələsi
 
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
 
"Yuventus" (İtaliya) - "Nant" (Fransa)
 
"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)
 
"Şaxtyor" Donetsk (Ukrayna) - "Renn" (Fransa)
 
"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)
 
"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)
 
"Sevilya" (İspaniya) - PSV (Niderland)
 
"Zaltsburq" (Avstriya) - "Roma" (İtaliya)
 
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
 
11:49
 
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
 
Moderator.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 
Öz qruplarında ikinci yeri tutan komandalar UEFA Çempionlar Liqasında üçüncü yerin sahibləri ilə görüşəcəklər.
 
Avropa Liqasında qrupdan çıxanlar: PSV (Niderland), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Nant", "Renn" (hər ikisi Fransa), "Union" (Berlin, Almaniya), "Midtüllan" (Danimarka), "Monako" (Fransa)
 
Çempionlar Liqasından gələnlər: "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya)
 
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər