Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşdi - YENİLƏNİB
İdman
3504
07 Nov 2022 | 15:20

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşdi - YENİLƏNİB

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
 
Moderator.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütləri bəlli olub.
 
1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.
 
UEFA Çempionlar Liqası
 
1/8 final mərhələsi
 
“Leypziq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
 
“Brügge” (Belçika) – “Benfika” (Portuqaliya)
 
“Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya)
 
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
 
“Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya)
 
“Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə)
 
“İnter” (İtaliya) – “Portu” (Portuqaliya)
 
“Bavariya” (Almaniya) - PSJ (Fransa)
 
11:41
 
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
 
Moderator.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alacaq.
 
Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcəklər. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcəklər.
 
UEFA Çempionlar Liqası
 
1/8 final
 
Səpələnmişlər: “Bavariya” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya).
 
Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leypziq” (hamısı Almaniya), “İnter”, “Milan” (hər ikisi İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa).
 
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər