DGK İdman Sağlamlıq Mərkəzinin 10 idmançısından 7-si medal qazandı - FOTO
İdman
3447
28 Oct 2022 | 14:10

DGK İdman Sağlamlıq Mərkəzinin 10 idmançısından 7-si medal qazandı - FOTO

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin boks üzrə ölkə çempionatına qatılan 10 idmançısından 7-si medalla təltif olunub. 
 
Moderator.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idman sarayında baş tutan yarış 19 yaş və daha böyüklər arasında keçirilib. Çempionatı Gənclər və İdman Nazirliyi ABF ilə birlikdə təşkil edib. 
 
Çempionatda 146 idmançı arasında gərgin keçən mübarizədə DGK İdman-Sağlamlıq Mərkəzinin təmsilçilərindən - Məhəmməd Abdullayev (+92 kq) qızıl, Amin Kuşkov (75 kq) və İlqar Salahov (67 kq) gümüş, Cəbrayıl Elikov (80 kq), Fariz Süleymanov (67 kq), Eldəniz Baxşıyev (60 kq) və TacəddinMəmmədov (51 kq) bürünc medallar qazanıblar. 
 
DGK İdman-Sağlamlıq Mərkəzinin boks üzrə yığma komandası ümumi hesabda 38 komanda arasında 4-cü yeri tutub. 
Link kopyalandı!
Son xəbərlər