Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Florida ştatında 16 yaşlı məktəb hokkeyçisi Makkenna Braun intihar edib.
"Report" "Fox News"a istinadən xəbər verir ki, buna oyunçunun zorakılığa məruz qalması səbəb olub.
Braunun komanda yoldaşları zorakılıqda şübhəli bilinir. Şübhəlilər polis tərəfindən dindirilir və onlar məktəblilər arasında hokkey liqasında oynamaqdan kənarlaşdırılıb.
Qeyd edək ki, Makkenna Braun komandanın qapıçısı olub. Yoldaşları onu müntəzəm olaraq qol buraxmaqda ittiham ediblər və mesajlar göndəriblər.
Florida Həvəskar Hokkey Federasiyası və ABŞ Hokkey Federasiyası məsələ ilə bağlı araşdırma aparacaq.