İngiltərə Premyer Liqası:
2712
22 Oct 2022 | 17:59

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
 
Yurgen Kloppun baş məşqçi olduğu komanda XIII turda səfərdə "Nottingem Forest"lə üz-üzə gəlib.
 
Mersisayd təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 55-ci dəqiqədə Tayvo Avoni vurub.
 
"Liverpul" bu nəticədən sonra 16 xalla 7-ci, meydan sahibləri isə 9 xalla 19-cu pillədə qərarlaşıb.

 

Link kopyalandı!
Son xəbərlər