Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazandı
3736
19 Oct 2022 | 21:24

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
 
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.
 
Rəqib qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə döşək üzərində dövrə vuraraq qeyd edib.
 
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.
Link kopyalandı!
Son xəbərlər