Bizi sosial şəbəkələrdən izləyin:
"Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər".
Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
25 yaşlı hücumçu ağır qrupa düşdüklərini bildirib: "Son matçlarda qazandığımız qələbələr bizim üçün böyük motivasiyadır və oyun sistemini yaxşılaşdırdığımız aydın görünür. Ümid edirəm, hər şey bizim üçün yaxşı keçər. Heç bir rəqib haqqında ayrılıqda fikir bildirmək istəmirəm. İndi nəinki futbolda, heç bir idman növündə asan rəqib yoxdur".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Mahir Emrelinin müsahibəsinin tam versiyasını
buradan oxuya bilərsiniz.