Dünya çempionatında Azərbaycanı onlar təmsil edəcək - FOTOLAR
İdman
4225
14 Oct 2022 | 17:20

Dünya çempionatında Azərbaycanı onlar təmsil edəcək - FOTOLAR

Oktyabrın 17-dən 23-dək İspaniyanın Pontevedra şəhərində U-23 dünya çempionatı keçiriləcək.
 
Azərbaycan Güləş Federasiyasından Moderator.az-a verilən məlumata görə, federasiyanın rəhbər şəxsləri məsul yarış ərəfəsində komanda üzvləriylə görüşərək onlara mundialda uğurlar arzulayıb.
 
Yarışın ilk günlərində Azərbaycanın yunan-Roma güləşi üzrə millisi mübarizə aparacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Qurban Qurbanov (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.
 
Qadınların yarışında baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) ölkəni təmsil edəcək.
 
Yarışın son günlərində isə sərbəst güləşçilər qalibləri müəyyənləşdirəcəklər. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Kənan Heybətov (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) uğur qazanmağa çalışacaq.
 
Qeyd edək ki, I-S kateqoriyalı hakim Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.
Link kopyalandı!
Son xəbərlər