3359
10 Oct 2022 | 18:50

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Yunanıstan "Olimpiakos"unu Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.
 
Ağdam klubundan verilən məlumata görə, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.
 
Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.
 
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər