Elxan Məmmədov:
3297
18 Sep 2022 | 21:30

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

"Yığmamız komanda yarışında da fərqləndi, gözəl çıxış edərək 3-cü oldu".
 
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov "Report"-a açıqlamasında deyib.
 
40 yaşlı mütəxəssis komandadan medal gözlədiyini bildirib: "Çünki dünya və Avropada ən güclü kollektivlərdən biriyik. Fərdi yarışlarda uğur qazanan cüdoçular burada da öz güclərini göstərdilər. Sevindirici haldır ki, 3-cü yeri tutduq. Avropanın ən güclü 3 yığmasından biriyik. Bu münasibətlə bütün idmansevərləri təbrik edirəm".
 
O, mükafatlandırılma mərasimində iştirak etməməsinin səbəbini d açıqlayıb: "Fəxri kürsüyə köməkçimi göndərdim. Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub. Səsim batdığı üçün köməkçimə dedim ki, mükafatlandırılmaya sən çıx".
 
Məmmədov qələbəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyindən təbrik aldıqlarını söyləyib: "Federasiya prezidenti Rəşad Nəbiyev, baş katib, vitse-prezidentlər yığmanın hər bir üzvünü təbrik edib. Elnur Məmmədli hər görüşdə bizimlə birlikdə idi. Komandamıza motivasiya verirdi. Hamı bir komanda kimi burada idi və cüdoçulara azarkeşlik edirdi".
Link kopyalandı!
Son xəbərlər