Bizi sosial şəbəkələrdən izləyin:
Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.
25 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Qvineyalı oyunçu mövsümün sonunadək "Pafos"da çıxış edəcək.
Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında "ağ-qaralar"da oynayıb. Afrikalı futbolçu 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub.