Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib
3064
07 Aug 2022 | 12:41

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.
 
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.
 
Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.
 
Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
Link kopyalandı!
Son xəbərlər