Bu il Azərbaycan xalqına böyük sevinc yaşadan və olimpiyaçılarımızın göstərdiyi çox uğursuz nəticəni unutduran Milli Paralimpiyaçılarımız 44 günlük savaşdan sonra Azərbaycanımızın bayrağını daha iftixarla yüksəklərə qaldırmaqla tarix yazdılar.
Deyəsən Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimov da olimpiadada yetirmələrinin tarix yazacağını gözləyirmiş. Yarışlardan öncə verdiyi açıqlamada İlqar Rəhimov deyir ki, yaxşı ki, pandemiya səbəbindən 2020-ci il Tokio Olimpiadası bir il ertələndi və biz bu il yarışlara qalib ölkə kimi qatıldıq:
"Olimpiadadan öncə Bizim Kamal Məmmədov boks dilində bir məqalə yazmışdı və bildirirdi ki, pandemiya bizim üçün noqdaun oldu, nokaut olmadı. Biz bu naqdaundan tez özümüzə gəldik və şükürlər olsun ki, nokautdan qaçdıq. İndi də biz nokaut etməyə gedirik. Eyni zamanda da mənim üçün ən sevindirici hal odur ki, biz bu il yarışlara qalib, müharibəni udmuş ölkə kimi gedirik. Azərbaycanın otuz ildir işğal altında olan torpaqlarını qaytarmışıq. Cənab Prezidentimizin Allah canını sağ eləsin. Biz artıq ayrı bir ruhla, nəfəsə, fikirlə gedirik. Və başıuca gedirik ki, biz müharibəni udmuşuq".