Moderator.az xəbər verir ki, 3 aprel 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Vebinar Club”un təşkilatçılığı ilə "Qarabağda Alban memarlığı" adlı onlayn görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçıları salamladı, təlimçiyə uğurlar arzuladı və bildirdi ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. 2020-ci ildə 44-günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan ordusu tərəfindən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini bərpa etdirir.
Sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr məzunu, memar, dizayner, təlimçi, qrafik dizaynı üzrə müəllim Dəniz Ağazadə qeyd etdi ki, Azərbaycanın regionlarından biri olan Qarabağ çox qədim zamanlardan sivilizasiya və mədəniyyətin ocağı olmuşdur. Xocavənd rayonunun ərazisində yerləşən Azıx mağarasının qədim insanların yaşayış məskəni olması hələ milyon il bundan əvvəl Azərbaycanda bəşəriyyətin ilkin inkişaf prosesinin getdiyini sübut edir. Qarabağda tikinti mədəniyyəti tarixinin Alban mərhələsi barədə həm dövrümüzə çatmış abidələr və onların qalıqları, həm də tarixi mənbələr məlumat verirBu Azıx, Tağlar mağarası və s. kimi arxeoloji tapıntılarda da öz əksini tapmışdır. Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastrı və digərlərini göstərmək olar.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırdı.