"İnter" yeni transferini AÇIQLADI
413
07 Jun 2025 | 18:45

"İnter" yeni transferini AÇIQLADI

"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milan təmsilçisi "Marsel"dən Luis Enrikeni transfer edib. 23 yaşlı braziliyalı vingerlə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. "İnter" bu transfer üçün Fransa klubuna 25 milyon avro ödəyib.

Qeyd edək ki, Luis Enrikə başa çatan mövsümdə "Marsel"in heyətində 35 matça çıxaraq 9 qol vurub və 10 qolun ötürməsini edib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər