“Sumqayıt” basketbolçuları mövsümdə ilk qələbəsini qazandı - FOTO
400
08 Dec 2024 | 11:22

“Sumqayıt” basketbolçuları mövsümdə ilk qələbəsini qazandı - FOTO

Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, B qrupundə 1 oyun baş tutub. İtkisiz irəliləyən “Gəncə” autsayder “Sumqayıt”ın qonağı olub.

3 periodda üstün olan meydan sahibləri mövsümdə ilk qələbələrini qazanıblar. Bu, “Gəncə”nin ilk məğlubiyyəti olub.

Qeyd edək ki, turun açılış matçında "Ordu" "Quba"ya 75:101 hesabı ilə uduzub. Ardınca "Sərhədçi" NTD-ni 84:79, "Abşeron" isə "Neftçi"ni 72:56 hesabı ilə məğlub edib. Liderlərin mübarizəsində “Sabah” “Naxçıvan”ı 75:74 hesabı ilə üstələyib. Tura sabah "Şəki" - "Lənkəran" matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

V tur

B qrupu

7 dekabr

14:00. "Sumqayıt" – "Gəncə" - 85:79 (10:25, 32:20, 18:13, 25:21)

Sumqayıt OİK






Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər