Daha bir veteran futbolçu minifutbola keçir
731
11 Feb 2024 | 12:20

Daha bir veteran futbolçu minifutbola keçir

Son vaxtlar karyerasını bitirmiş peşəkar futbolçuların minifutbola axını başlayıb. Əfran İsmayılov, Rauf Əliyev və digərlərindən sonra Vüqar Nadirov da eyni addımı atmaq niyyətindədir. 

Bizim.Media xəbər verir ki, veteran futbolçu “İnter”lə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq. 

Xatırladaq ki, “İnter” son olaraq çimərlik futbolu üzrə milli komandamızın baş məşqçisi Zeynal Zeynalov və keçmiş qapıçı Hüseyn Məhəmmədovu sıralarına qatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər