Federasiya prezidenti Çempionlar Liqasında bürünc medal qazanan futbolçularla GÖRÜŞDÜ – FOTO  
679
13 Sep 2023 | 17:45

Federasiya prezidenti Çempionlar Liqasında bürünc medal qazanan futbolçularla GÖRÜŞDÜ – FOTO  

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov minifutbol üzrə Avropa Çempionlar Liqasında uğurla çıxış edərək vətənə bürünc medalla qayıdan “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb.  

Bizim.Media xəbər verir ki, komandanın nailiyyətini yüksək qiymətləndirən Orxan Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.   

Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. Sonda komanda üzvləri ilə xatirə şəkli çəkdirilib.  


Rəşad Rafiqoğlu, Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər