Superliqada daha bir məşqçi İSTEFASI 
643
20 Apr 2023 | 15:15

Superliqada daha bir məşqçi İSTEFASI 

Türkiyə Superliqasının təmsilçisi "Alanyaspor" baş məşqçisiz qalıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən klub Ersun Yanalla yollarını ayırıb. 

61 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. Türkiyə millisini də çalışdırmış Yanal fevralın 27-də "Alanyaspor"un baş məşqçi postuna dəvət edilmişdi. 

"Alanyaspor" türkiyəli məşqçinin rəhbərliyi altında 6 görüşə çıxıb, 1 qələbə qazanıb, 4 dəfə məğlub olub, bir matçda isə bərabərə qalıb. "Alanyaspor" Superliqada 32 xalla 12-ci pillədədir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər