6 əsgər öldürüldü və cəsədləri yandırıldı...
Maraqlı
15474
08 Apr 2016 | 00:53

6 əsgər öldürüldü və cəsədləri yandırıldı...

Bir neçə müddətdir ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.xa0

Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...


Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/129518.html


Yalqızlığın yüz günü- 2 ci hissə...

Aprelin 23-də Gürcüstanda ABŞ, üç gündən sonra isə Böyük Britaniya səfirliyi açıldı. Qərb Gürcüstanla tərəfdar olmağa hazır olduğunu göstərməyə çalışırdı. Mən isə bu tərəfdarlığa ümid bəslədiyim zaman yanılmamışdım. Yeri gəlmişkən, cavab addımını yalnız Qərb atmırdı. «Avropa və Asiya ticarət əlaqələri vasitəçisi» olan «Fars tranziti» ideyası İranın hakimiyyət nümayəndələrinin təkliflərində bərpa olundu. Mayın 21-də Türkiyə Gürcüstanla diplomatik əlaqələr yaratdı. Mənə Qara dəniz hövzəsi dövlət başçılarının İstanbul konfransında iştirak etmək təklifi gəldi. Orada Rusiya, Türkiyə, Bolqarıstan, Yunanıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Moldova, Rumıniya və Albaniya ali rəhbərləri iştirak edirdilər.xa0
Mənəvi, siyasi və iqtisadi dəstəyi ifadə edən səfərlərin bu ardıcıllığı bütövlükdə bir neçə həftə ərzində baş verdi və mənim qüvvəmin səfərbər olmasına yardım edirdi. Getdikcə inamım artırdı ki, böhrandan çıxış üçün yol açılır. Siyasi stabillik əldə etmək, iqtisadi inkişaf da mümkün idi. Aydın məsələdir ki, mən daxili işlərin həqiqi vəziyyətinin dəyərləndirilməsində yanılmırdım, amma xarici-siyasi uğurlar daxili problemlərin həlli müharibəsində öz stimulyator rolunu oynamaqda idi.

xa0xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

1992-ci ilin 9 martında Qərbi Gürcüstanın Zuqdidi şəhərində üsyan baş verdi: Milli Ordunun yerli batalyonu vətəndaş itaətsizliyi göstərənlər tərəfə keçdi, onu eks-prezidentin tərəfdarları yaratmışdılar. Üsyançılar azsaylı hökumət ordusuna və polis məntəqələrinə hücum etdilər. 6 əsgər öldürüldü və cəsədləri yandırıldı. Sağ qalanlar isə həbs edildi. Milli Ordunun komandiri Kitovani və müdafiə nazirinin müavini Zuqdidiyə tərəf yola düşdülər. Ora çatdıqda onları da həbs etdilər.
Mənim təklifimlə Zuqdidiyə dövlət nümayəndələri də getdilər. Əvvəlki fəaliyyətimin inersiyası sülh dialoquna təkan verirdi. O zaman düşündüyüm kimi, Zuqdididə aparılan danışıqlar girovların azad olunması ilə başa çatdı. Gələcəkdə ona bənzər insidentlərin yaradılmasını istisna edən razılıq imzalandı, amma heç bir həftə keçməmişdi ki, razılıq pozuldu. Aydın məsələdir ki, razılığı Dövlət Şurası pozmamışdı.xa0
Elə həmin gün Konstantine Qamsaxurdiyanın Tbilisidəki ev muzeyində yanğın baş verdi. Yanğından xilas edilmiş əşyalar da talandı.
Nifrət və intiqamın «vəhşi heyvanı» qəfəsdən çıxdı. Onun buraxdığı iz od verənlər, talayanlar və zorakılar üçün yolgöstəricisinə çevrildi. 7 mart tarixindən etibarən Gürcüstanda baş verən hər şeyə görə məsuliyyəti mən daşıyırdım. K.Qamsaxurdiyanın evinə od vuran adam faktiki olaraq mənim evimi yandırdı.xa0
Aprelin axırlarında Rusiya daxili qoşunlarının xüsusi təyinatlı hissələri gürcü-osetin münaqişə zonasını tərk etdi. Bu heç də pis hadisə deyildi. Bunu elə bizim özümüz tələb edirdik. Amma təəssüf ki, getməzdən əvvəl bu barədə bizə heç bir məlumat vermədilər. Öz mövqelərini gizli şəkildə tərk etdilər və çıxdılar. Əvəzində isə tezliklə osetin hərbçiləri yerləşdirildi. Onlar heç bir maneəyə rast gəlmədən hərbi vasitələrə sahib çıxdılar. Faktiki olaraq müdafiəsiz gürcü əhalisinə qarşı öz hərbi fəaliyyətlərini genişləndirdilər. Elə o zamanlar Dövlət Şurası iki qərar qəbul etdi: Birinci müqaviləyə görə, əhalini hərbçilərdən qorumaq üçün qonşu rayonlara polis hissələri göndərilməli idi. İkincisinə görə isə parlament seçkilərinin 1992-ci ilin 11 oktyabrında keçiriləcəyini təsdiq etdik. «Seçkilər gücləndirilmiş qeyri-sabitlik şəraitindəmi keçiriləcək?» - deyə opponentlər ritorik olaraq soruşurdular, amma mənim son qərarım idi ki, nə olursa olsun, seçkilər keçirilməli idi.
Qeyri-sabitlik isə, həqiqətən də, böyüməkdə idi. 1992-ci il mayın əvvəllərində gərginliyin iki nöqtəsinə - Şida Kartli rayonlarına (Cənubi Osetiya) və Sameqreloya, Abxaziya da əlavə olundu. Ümumiyyətlə, burada təhlükəli gərginlik çoxdan yaranmışdı, amma o zaman üçün abxaz rəhbərliyinin bir hissəsinin fəaliyyəti açıq separatçı xarakteri aldı. Bu isə gürcü və abxaz əhalisi arasında parçalanma yaratdı. O, zahirən etnik tipli münaqişəyə bənzəyirdi, amma bunu gürcü-osetin münaqişəsi xarakterinə bənzətmək üçün ciddi əsasım var idi.xa0
Prosesin hər ikisi xaricdən idarə olunurdu. Abxaziyadan gündəlik alınan məlumatlara görə məlum olurdu ki, muxtariyyətin bəzi abxaz rəhbərləri Abxaziyanı Gürcüstandan ayırmağa çalışır.xa0
Tbilisidə qatar sürücülərinin tətili də bütün bunların üzərinə əlavə olundu. Onların tələbi ədalətli idi, çünki Qafqaz dəmiryolunun Sameqrelo və Abxaziya hissəsində diversiya-bandit hücumları böyük təhlükəyə malik idi. Onları hərbi müdafiə ilə təmin etməyimi tələb edirdilər.
Sürücülərlə görüşdə onları əmin etdim ki, onları müdafiə ilə təmin edəcəm və əmək haqlarını artıracam. Dəmiryolu sürücüləri qatarları aparmağa razılaşdılar, amma əvvəlcədən bilirdilər ki, yollar sökülmüş və körpülər partladılmışdı.
Düşdüyüm vəziyyət məni tez-tez yanğınsöndürən komandanın rəisinə bənzədirdi ki, həmin rəisin bircə yanğınsöndürmə avtomobili var idi. Şəhər isə alov içindədir. Avtomobil isə alovlu məntəqələr arasında o yan-bu yana qaçır - bir yerdə söndürür, yanğın isə başqa yerdə alışır.xa0
Alov may ayında Şida Kartlini bürüdü. Osetin hərbçiləri gürcü kəndlərinə hücum etdilər. İnsanların yoxlanışı zamanı aydın oldu ki, yaralıların çoxu havadan açılmış atəşin nəticəsində yaralanmışdır. Məsələ onda idi ki, Sxinvali ərazisində Rusiya hərbi-hava qüvvələrinin vertolyot polku yerləşdirilmişdi. Osetin hərbçilərinin 4 vertolyotu vardı. Onlar da polkun vertolyotlarından fərqlənmirdilər. Gürcü kəndlərini elə vertolyotdanca atəşə tuturdular. Osetin ekstremistlərinin lideri Tores Kulumbeqov Rusiyanın Ali Sovetində çıxış etdi və xahiş etdi ki, Cənubi Osetiya Respublikasını Rusiya Federasiyasının tərkibinə daxil etsinlər.
Mayın 13-də, günorta vaxtı Tbilisinin Rustaveli prospekti münaqişə zonasının qaçqınları ilə əhatə olundu. Yüzlərlə vətəndaş Dövlət Şurasının binasına, mənim yanıma soxuldu. Bu xalqın - qadınların, qocaların, uşaqların otağımda görünməsi məni dəhşətə gətirdi. Onların çoxu köhnə ev paltarında idi - uçmuş evlərindən Tbilisiyə tərəf elə qaçmışdılar ki, heç paltarlarını geyinməyə belə macal tapmamışdılar.xa0
- Hakimiyyət bizi müdafiə edə bilmirsə - deyirdilər, - o zaman bizə silah verin və biz özümüzü müdafiə edərik.xa0
- Sizin silahlı müdafiəniz yeni qanların axmasına səbəb olacaq. Bəlkə sülh yolu ilə”¦
Bu insanlarla görüşümdən sonra dayanmadan Sxinvaliyə uçdum. Orada atəşi dayandıra bilməsəm, kəndlərə ordu yerləşdirilməsi barədə əmr verəcəkdim.xa0
Sxinvali kənarında mənə və Dövlət Şurasındakı müavinim Jaba İoselianiyə oranın lideri Tores Kulumbeqov rast gəldi.xa0
- Qəti olaraq sizin şəhərə girməyinizin əleyhinəyəm - dedi, - biz sizin təhlükəsizliyinizə təminat verə bilmərik.
- Bu mənim problemimdir - dedim.
- O zaman müdafiəsiz və silahsız daxil olun. Sizin silahlı xalqınızı görəndə, gözlənilməz nəticələr baş verir.xa0
Biz Sxinvaliyə iki silahsız mühafizəçi ilə daxil olduq. Şəhər elə dağıdılmışdı ki, onu tanıya bilmədik. İnsanlar özlərinə bənzəmirdilər”¦ Viranə qalmış küçələrlə addımlayırdıq. Arxamızda isə hərbçilərlə dolu avtomobillər o yan-bu yana gedirdi. Bu münaqişənin necə və nə üçün baş verməsindən xəbərdar idim, amma mənim fikirlərimin hamısı baş verənləri necə dayandıracağım ətrafında fırlanırdı.
Qadınlardan biri dedi: «Hamı bilməlidir ki, müharibə öz qurbanını seçmir, onun qarşısında hamı bərabərdir. Biz gürcü anaları kimi əziyyət çəkirik».
Bir neçə saatdan sonra Tamaraşeni kəndində gürcü analar da eyni şeyi təkrarladılar.
Sxinvalidə danışıqlar apardıq ki, mayın 14-də günortadan etibarən atəşkəs elan olunacaq. Danışıqlar Rusiya vertolyotları polku ərazisində aparılırdı. Regionda harada olmağımız və nə barədə danışmağımızdan xəbərdar idilər. Atəşkəsin elan olunması qərara alındı. Şəhərin Gürcüstanın hər bir rayonu ilə əlaqəsi bərpa olunacaqdı. Poçt və qəzetlərin paylanması həll olunmalı, məlumatın hazırlanması və yayılması təmin olunmalı idi. Mən bütün bunlara atəşkəs kimi böyuk əhəmiyyət verirdim.xa0
Rusiya mətbuatı osetinlərin verdiyi itkiləri geniş şəkildə işıqlandırırdı. Gürcü tərəfinin qurbanları barədə isə heç bir söz deyilmirdi. Rus zabitlərinə deyirdim: «Bu cür jurnalistlər təkrar qatil hesab olunmalıdırlar, çünki onlar itkiləri milliyyətlərə bölürlər. Onlar ədaləti, vicdanı və insan dəyərlərini ayaq altına atırlar. Guya, qırılan osetinlər Gürcüstan vətəndaşı və bizim həmvətənlərimiz deyildilər, onlarla birgə gürcülər də qırılmayıblar? İnformasiya müharibəsi ilə ağlı yox, sanki qanı səsləyirlər. O, münaqişəni dərinləşdirir və onun söndürülməsinə imkan yaratmır”¦Â»

Ardı var...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər