Böyük Britaniya Beynəlxalq Olimpiya Komitəsinə təzyiq edir
490
11 Mar 2023 | 17:25

Böyük Britaniya Beynəlxalq Olimpiya Komitəsinə təzyiq edir

Böyük Britaniya Rusiya və Belarus idmançılarının Olimpiadaya buraxılmaması üçün bütün qüvvəsini səfərbər edib.

Bizim.Media xəbər verir ki, Krallıq dövlətinin rəhbərliyi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) sponsorluq edən nəhəng şirkətlərlə əlaqə yaradaraq, onları boykota dəvət edib.

Onların fikrincə, nəhəng şirkətlər əməkdaşlığı dayandırmaqla bağlı BOK-u hədələsə, vəziyyət dəyişə bilər. Yəni, bu təhdiddən qorxan Tomas Baxın rəhbərlik etdiyi qurum Rusiya və Belarus idmançılarını Olimpiadaya buraxmaz.
Deyilənə görə, hazırda Britaniya hökümətinin “Coca-Cola”, “İntel”, “Samsung” və “Visa” şirkətləri ilə danışıqları davam edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər