Türkiyədə çıxışını dayandıran komanda sayı 10-a çatdı
1264
22 Feb 2023 | 00:40

Türkiyədə çıxışını dayandıran komanda sayı 10-a çatdı

Türkiyədə baş verən güclü zəlzələlərə görə daha bir komanda ölkə çempionatındakı çıxışını dayandırıb. 

Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, 3-cü Liqada mübarizə aparan "Elazığspor" çempionatdan çəkildiyini Türkiyə Futbol Federasiyasına bildirib. 

Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", 1-ci Liqada "Adanaspor" və "Yeni Malatyaspor", 2-ci Liqada "Adıyamanspor" və "Diyabekirspor", 3-cü Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacağı məlum olub. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər