565
17 Feb 2023 | 05:35

"Fənərbaxça"dan Braziliya klubuna

“Fənərbaxça”nın futbolçusu Maurisio Lemos karyerasını Braziliyada davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, uruqvaylı müdafiəçi “Atletiko Mineyro” ilə razılaşıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lemosla imzalanan müqavilənin detalları açıqlanmayıb.  

Qeyd edək ki, Lemos 2020-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, bu mövsüm 2 oyuna çıxıb. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər