“Sabah”ın legioneri Ukrayna klubuna keçir
1429
04 Feb 2023 | 22:25

“Sabah”ın legioneri Ukrayna klubuna keçir

“Sabah” braziliyalı legioneri Hiqor Qabrieli yenidən icarəyə verəcək.  

Bizim.Media xəbər verir ki, bununla bağlı Ukraynanın “Lvov” klubu ilə danışıqlar aparılır.  

Adı çəkilən komanda futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

Qabrielin “Sabah”la müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Ancaq müdafiəçi baş məşqçi Murad Musayevin etimadını qazana bilməyib. Bu səbəbdən də son 6 ayı “Dinamo” Minsk klubunda icarədə oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər