Joze Mourinyo Portuqaliya millisinə “yox” dedi
1642
25 Dec 2022 | 18:25

Joze Mourinyo Portuqaliya millisinə “yox” dedi

“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.

Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər