Futbol üzrə dünya çempionatında 2-ci tur davam edir.
Bizim.Media xəbər verir ki, bu gün C və D qruplarında növbəti oyunlar keçiriləcək.
İlk olaraq D qrupunun görüşləri olacaq. Qeyd edək ki, bu qrupun qarşılaşmaları Bakı vaxtı ilə saat 19-da start götürəcək.
C qrupunda da vəziyyət qarışıqdır. Son tur ərəfəsində 4 xala malik Polşa lider olsa da 3 xala malik Argentina və Səudiyyə Ərəbistanı, hətta 1 xal toplayan Meksika futbolçularının da play-off-a çıxmaq imkanları var.
Son turda Polşa-Argentina ilə Səudiyyə Ərəbistanı isə Meksika ilə üz-üzə gələcək. Əlavə edək ki, bu qrupun matçları saat 23-də başlayacaq.
Bizim.Media