1430
05 Nov 2026 | 17:55

"Barselona" Rafinyanın müqaviləsini uzatdı

Braziliyalı futbolçu Rafinya İspaniyanın "Barselona" klubu ilə yeni müqavilə imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşma 2030-cu ilin yayınadək qüvvədə olacaq. 29 yaşlı vingerin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. O, Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub, bir dəfə isə İspaniya Kubokunu qazanıb. Braziliyalı futbolçu 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.

Rafinya daha əvvəl Portuqaliyanın "Sportinq", Fransanın "Renn" və İngiltərənin "Lids" klublarında çıxış edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər