Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
İdman
1565
04 Nov 2026 | 23:47

Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda "Liverpul" səfərdə "Fənərbağça"ya 2:3 hesabı ilə məğlub olub.

Moderator.az xəbər verir ki, qarşılaşmada hesabı 25-ci dəqiqədə İngiltərə təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Trey Nyoni açıb.

Lakin meydan sahibləri cəmi dörd dəqiqə sonra "Mançester Yunayted"in sabiq hücumçusu Meyson Qrinvudun qolu ilə hesabı bərabərləşdiriblər.

69-cu dəqiqədə Aleksander İsak yenidən "Liverpul"u önə keçirib. Ancaq 73-cü dəqiqədə Arçi Braun hesabı bərabərləşdirib.

Matçın 79-cu dəqiqəsində Vedat Muriqinin vurduğu qol Türkiyə klubuna qələbə qazandırıb. Beləliklə, "Fənərbağça" doğma meydanda İngiltərə təmsilçisini 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra "Fənərbağça"nın hesabında 5, "Liverpul"un isə 9 xal var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər