Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
İdman
1351
03 Sep 2026 | 16:15

Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.
 
Azərbaycan Voleybol Federasiyasından Moderator.az-a verilən məlumata görə, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda V.Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.
 
CEV-in Tibb Komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər