Millimiz Qırğızıstana uduzdu
İdman
1394
02 Sep 2026 | 22:51

Millimiz Qırğızıstana uduzdu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, Bişkek şəhərində baş tutan matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində yeganə qolu Xədicə Rəhimova vurub.

Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər