Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırıldı
1379
02 Sep 2026 | 12:23

Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırıldı

Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya edilib.
 
Milli Antidopinq Agentliyindən Moderator.az-a bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş anabolik androgenik steroidlər qrupuna daxil olan metribolon maddəsi aşkarlanıb.
 
Fazilə İmanovaya tətbiq olunan sanksiya 15 may 2026-cı ildən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər