1374
01 Sep 2026 | 16:02

"Sabah" U-19-un UEFA Gənclər Liqasındakı oyun təqvimi açıqlandı

"Sabah"ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Moderator.az xəbər verir ki, təmsilçimiz turnirdə "Mançester Yunayted", "Slaviya", "Borussiya Dortmund", "Vikinq", "Barselona" və "Vilyarreal"la qarşılaşacaq.

Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq əsas komandadan fərqli olaraq, "Sabah" və digər klublar UEFA Gənclər Liqasının Liqa mərhələsində 6 oyun keçirəcəklər.

"Sabah"ın oyunları:

10 sentyabr

"Mançester Yunayted" - "Sabah";

13 oktyabr

"Sabah" - "Slaviya Praqa";

20 oktyabr

"Sabah" - "Borussiya Dortmund";

4 noyabr

"Vikinq" - "Sabah";

25 noyabr

"Sabah" - "Barselona";

8 dekabr

"Vilyarreal" - "Sabah".

Qeyd edək ki, "Sabah"ın əsas komandası da UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Yunayted", "Slaviya Praqa", "Borussiya Dortmund", "Vikinq", "Barselona", "Vilyarreal", "Napoli" və "Arsenal"la qarşılaşacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər