1404
12 Aug 2026 | 18:16

"Atletiko"nun futbolçusu Aleksandr Sörlot zədələnib

İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleksandr Sörlot zədələnib.

Moderator.az "Cadena SER"ə istinadən xəbər verir ki, norveçli hücumçunun əzələsində problem aşkarlanıb.

Oyunçunun bərpası təxminən dörd həftə çəkəcək. O, buna görə La Liqada mövsümün ilk turlarını buraxmalı olacaq.

Xatırladaq ki, Aleksandr Sörlot ötən mövsüm bütün turnirlərdə 54 oyuna 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər