UEFA Avropa Liqası:
1448
06 Aug 2026 | 23:51

UEFA Avropa Liqası: "Beşiktaş" ilk raundda üstünlüyü ələ aldı 

"Beşiktaş" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə Çexiyanın "Hradets Kralove" klubu ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, matç İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.

Görüşdə yeganə qolu 80-ci dəqiqədə Semih Kılıçsoy vurub. "Beşiktaş" 72-ci dəqiqədə Uattaranın qırmızı vərəqə almasından etibarən matçı 10 nəfərlə davam etdirib. Tərəflər arasında cavab qarşılaşması avqustun 13-də baş tutacaq.

"Qara qartallar" "Hradets Kralove" səddini aşacağı təqdirdə növbəti sınaqda "Dinamo Zaqreb" - "Kauno Jalgiris" cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsi çərçivəsində ilk qarşılaşmalar avqustun 20-də, həlledici cavab matçları isə avqustun 27-də baş tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər