1268
06 Aug 2026 | 17:55

"Trabzonspor" Salahdan sonra daha bir dünya ulduzunu istəyir

Türkiyənin "Trabzonspor" klubunun belçikalı hücumçu Romelu Lukakunun transferi üçün də təşəbbüs göstərdiyi iddia olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky Italia" nəşri məlumat yayıb.
 
Məlumata görə, Mohamed Salah transferi ilə gündəmə gələn "Trabzonspor" 33 yaşlı futbolçu ilə danışıqlar aparıb. Lakin Lukakunun bu təklifə müsbət yanaşmadığı və karyerasını başqa istiqamətdə davam etdirmək istədiyi bildirilib.
 
Qeyd edək ki, Romelu Lukaku peşəkar karyerası ərzində 692 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 324 qol vurub və 100 məhsuldar ötürmə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər