Çempionlar Liqası:
İdman
1591
05 Aug 2026 | 22:46

Çempionlar Liqası: "Sabah" "Orhus"a qarşı - Oyunda üçünc qol vuruldu - CANLI YAYIM

"Sabah" hesab arasında fərqi azaldıb.

Moderator.az bildirir ki, 67-ci dəqiqədə Velko Simiç fərqlənib - 2:1.


 

"Orhus" - "Sabah" matçında ikinci qol vurulub.

Moderator.az bildirir ki, 63-cü dəqiqədə Ceyms Boqere dubl edib - 2:0.

Oyunda ilk qol vurulub.

Moderator.az bildirir ki, 32-ci dəqiqədə Ceyms Boqere danimarkalıları hesabda irəli çıxarıb.

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxır.

Moderator.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi "Orhus"un qonağıdır.

Oyun başlayıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Danimarkada üz-üzə gələcək "Orhus" və "Sabah" komandalarının start heyətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:30-da "Randers" stadionunda start götürəcək matçda meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Orhus": Kristiansen, Emmeri, Anderson, Ryosler, Arnstad, Knudsen, Tinqaqer, Kal, Boqere, Bek, Yonsson.

Baş məşqçi: Yakop Poulsen.

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç.

Baş məşqçi: Valdas Dambrauskas.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi "Orhus"un qonağı olacaq.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Randers stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" əvvəlki təsnifat mərhələlərində Uels təmsilçisi TNS və Finlandiyanın "KuPS" komandalarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.

"Bayquşlar" iki oyunun nəticəsinə əsasən "Orhus"u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsind "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər