Əziz Yıldırım sosial media istifadəçilərindən şikayətçi oldu
1497
05 Aug 2026 | 18:12

Əziz Yıldırım sosial media istifadəçilərindən şikayətçi oldu

Fənərbaxçanın prezidenti Əziz Yıldırım bəzi sosial media hesablarının istifadəçiləri ilə bağlı Bakırköy Baş Prokurorluğuna müraciət edib.

Moderator.az "Haber Global" -a istinadla məlumatına görə, Baş Prokurorluq İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə Bölməsinə məsələni araşdırmaq tapşırığı verib.

Yıldırım ötən həftə Fənərbaxçanın Ali Şurasının iclasında etdiyi çıxışında sosial mediada ailəsinə yönələn paylaşımlara sərt reaksiya göstərib.

Klub prezidenti bildirib ki, onu tənqid etmək mümkün olsa da, ailəsinə qarşı təhqirləri qəbul etmir. O, xüsusilə qızı ilə bağlı yazılanlara etiraz edərək, hüquqi addımlar atılacağını açıqlayıb.

Yıldırım çıxışında sosial mediada təhqir və təhdid xarakterli paylaşımlara qarşı mübarizə aparacağını vurğulayıb və bu davranışlara son qoyulmalı olduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər