Romelu Lukaku məşqlərə qatılmaqdan imtina etdi
1489
05 Aug 2026 | 18:00

Romelu Lukaku məşqlərə qatılmaqdan imtina etdi

İtaliyanın "Napoli" klubunda gözlənilməz hadisə baş verib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, komandanın ulduz hücumçusu Romelu Lukaku mövsümqabağı təlim-məşq toplanışında iştirak etməkdən boyun qaçırıb.

Məlumata görə, 33 yaşlı hücumçu yay transfer pəncərəsi bağlanmazdan öncə Neapol təmsilçisi ilə yollarını ayırmaq niyyətindədir.

Təcrübəli forvard peşəkar karyerasını davam etdirmək məqsədilə digər təklifləri və ehtiyat variantları da dəyərləndirir.

Xatırladaq ki, Romelu Lukaku 2024-cü ilin yay aylarından etibarən "Napoli"nin şərəfini qoruyur. Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər