Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
İdman
1903
10 Jul 2026 | 00:41

Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçu Elvin Cəfərquliyevin mümkün transferi ilə bağlı açıqlama verib.

Moderator.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bu barədə danışıb.

Qurbanov bildirib ki, Elvin Cəfərquliyevin başqa kluba transferi baş tutsaydı, buna etiraz etməzdilər:

"Elvin Cəfərquliyevin başqa kluba transferi baş tutsaydı, buna etiraz etməzdik. Amma hər bir halda qayda-qanun var. Lazım gəldikdə sərt qərarlar da verməliyik. Onunla bir neçə görüşümüz oldu və yenidən komandaya qayıtdı".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər