UEFA Avropa Liqası:
İdman
1825
09 Jul 2026 | 21:55

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Moderator.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci hissə başlayıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.

30-cu dəqiqədə Zakaria Savo fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" (İslandiya) qarşılaşması start götürüb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər