1328
09 Jul 2026 | 19:20

"Arsenal" fransalı qapıçını transfer etdi

İngiltərə Premyer Liqasının çempionu "Arsenal" heyətini yeni qapıçı ilə gücləndirib.

Moderator.az xəbər verir ki, London klubu "Lids Yunayted"dən ayrılan 26 yaşlı fransalı qolkiper İllan Meslieri azad agent kimi transfer edib.

Meslier "Lids"də keçirdiyi yeddi mövsümdə bütün turnirlərdə 215 oyuna çıxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb.

Transferdən sonra açıqlama verən qapıçı "Arsenal"a qoşulduğu üçün qürur duyduğunu bildirib və komanda ilə kuboklar qazanmaq istədiyini deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər