Neymar karyerasını başa vura bilər
İdman
1303
09 Jul 2026 | 16:30

Neymar karyerasını başa vura bilər

Braziliya millisinin tarixində ən məhsuldar bombardir olan Neymar 2026-cı ildə peşəkar futbolçu karyerasını başa vura bilər.

Moderator.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Məlumata görə, Braziliya millisinin dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-da qalaraq ailəsi ilə vaxt keçirir. Bundan sonra o, gələcək karyerası ilə bağlı yekun qərarını verəcək.

Hazırda futbolçunun çıxış etdiyi “Santos FC” klubunun məşqçilər korpusundakı mənbələr hücumçunun müqaviləsini ləğv edərək yüksək səviyyəli futboldan ayrılacağını istisna etmirlər. Neymarın "Santos"la müqaviləsinin müddəti 31 dekabr 2026-cı ilədək qüvvədədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər