Bizi sosial şəbəkələrdən izləyin:
"Araz-Naxçıvan" heyətini yeni qapıçı ilə gücləndirib.
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı qapıçı Artur Aqustonu heyətinə qatıb. 26 yaşlı qolkiperin artıq Bakıda olduğu bildirilir.
Təcrübəli oyunçu ötən mövsümü İndoneziyanın "Semen Padanq" klubunda keçirib. O, çempionatda komandası ilə 22 oyunda çıxış edib və 41 qol buraxıb.
Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.