Azərbaycan və Özbəkistanda keçiriləcək mundialın dörd iştirakçısı bəlli olub
1299
09 Jul 2026 | 12:18

Azərbaycan və Özbəkistanda keçiriləcək mundialın dörd iştirakçısı bəlli olub

Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçulardan ibarət dünya çempionatına vəsiqə qazanan 4 komanda müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bu, Uelsdə təşkil olunan U-19 Avropa çempionatının nəticələrinə əsasən bəlli olub.
 
Turnirin yarımfinalçıları - İspaniya, Xorvatiya, Ukrayna və Almaniya növbəti mundiala vəsiqəni təmin ediblər.
 
Finala gedən yolda İspaniya Xorvatiyanı (3:0), Almaniya Ukraynanı (2:1) məğlub edib. Həlledici qarşılaşma iyulun 11-də təşkil olunacaq.
 
Xatırladaq ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər