UEFA Konfrans Liqası:
1305
08 Jul 2026 | 21:50

UEFA Konfrans Liqası: "Zirə" gürcüstanlı rəqibini 3 cavabsız qolla məğlub etdi

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Moderator.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" (Gürcüstan) komandasını qəbul edib.

Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər