DÇ-2026-da yeni rekord qeydə alındı
1322
08 Jul 2026 | 12:18

DÇ-2026-da yeni rekord qeydə alındı

DÇ-2026-nın 1/8 final mərhələsinə yekun vurulub.
 
Moderator.az xəbər verir ki, sonuncu qarşılaşmada İsveçrə və Kolumbiya milliləri üz-üzə gəlib.
 
Matçın əsas vaxtında hesab açılmayıb - 0:0. Penaltilər seriyasında daha dəqiq oynayan İsveçrə yığması 4:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
 
Bu qarşılaşma mundialda əsas vaxtı qolsuz başa çatan 8-ci oyun olub. Bu isə dünya çempionatları tarixində yeni rekorddur. Əvvəlki mundiallarda ən çoxu 7 matçda əsas vaxtda qol qeydə alınmamışdı.
 
Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər