Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDI
Hərb
366
16:47, Bu gün

Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDI

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

Qanuna əsasən isə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər