Partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQ
Hərb
230
10:13, Bu gün

Partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQ

Ağdərədə 6-10 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər