Bu ərazilərdə PUA-larla təlim-məşq uçuşları keçiriləcək - MN
Hərb
247
16:03, Bu gün

Bu ərazilərdə PUA-larla təlim-məşq uçuşları keçiriləcək - MN

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
 
"Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.
 
Link kopyalandı!
Son xəbərlər