Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışını pisləyib
Hərb
148
16:15, Bu gün

Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışını pisləyib

"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik".

Moderator.az xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Qeyd edilib ki, bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır:

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik".

Qeyd edək ki, bu, İrandan Türkiyəyə üçüncü raket hücumudur. İlk raket hücumu martın 4-də olub. İkinci hücum isə martın 9-da günorta saatlarında qeydə alınıb.

Link kopyalandı!
Son xəbərlər